Yığmamız Bakıda Belarusa məğlub oldu - YENİLƏNİB
29.03.2022 - 20:55
Yığmamız Bakıda Belarusa məğlub oldu - YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Milan Obradoviçin yetirmələri Belarusla qarşılaşıb. AVRO-2023-ün seçmə mərhələsindəki ilk qələbəsini dörd gün öncə Estoniya üzərində qazanan yığmamız “Bakcell Arena”da baş tutan matçda daha güclü rəqibinə boyun əyib. Milan Obradoviçin yetirmələri doğma arenasında Belarusa 1:3 hesabı ilə yenilib.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2023-ün final mərhələsinə şansını itirib.

U-21-lər arasında yoldaşlıq oyunu
29 mart
19:00. Azərbaycan – Belarus - 1:3
Qollar:
Rüfət Abdullazadə, 84 - İlya Vasileviç, 22, Oleq Nikifarenka, 37, Dmitri Latikou, 88
Baş hakim: Əliyar Ağayev (Azərbaycan)
Bakı. “Bakcell Arena”