Yığmamız İspaniya ilə qarşılaşacaq
14.03.2022 - 17:00
Mini-futbol üzrə Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu gün Slovakiyanın paytaxtı Bratislavada turnirin püşkatma mərsimi keçirilib.
B qrupuna düşən yığmamız burada Rumıniya, İspaniya və Albaniya ilə qarşılaşacaq. Oyunlar 4-11 iyun tarixlərində olacaq.
Qeyd edək ki, Avropa çempionatı Slovakiyanın Koşitse şəhərində təşkil olunacaq.
0
0