Yığmamız qrup üçüncüsü oldu
12.04.2022 - 18:56
Yığmamız qrup üçüncüsü oldu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda son oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, yığmamız Şimali İrlandiyada təşkil olunan B Liqasının I qrupunda meydan sahibi ilə üz-üzə gəlib.

Vüqar Əsgərlinin yetirmələri son turda qalib gəlsəydi, A Liqasına yüksələcəkdi. Lakin komanda “İnver Park”dakı matçda rəqibinə 0:1 hesabı ilə məğlub olub. Bununla üç turda 3 xal toplayan U-19 qrupu üçüncü pillədə başa vurub.

AVRO-2022-nin seçmə mərhələsi
B Liqası, I qrup
12 aprel
17:00. Azərbaycan (U-19) – Şimali İrlandiya (U-19) – 0:1
Baş hakim:
Tatyana Sorokopudova (Qazaxıstan)
Larne, “İnver Park”

1

Şimali İrlandiya

3

2

1

0

7-1

7

2

Malta

3

2

1

0

6-4

7

3

Azərbaycan

3

1

0

2

3-3

3

4

Farer adaları

3

0

0

3

2-10

0