Yığmamızın oyununda "yaşıl işıq"
26.01.2022 - 11:06
Yığmamızın oyununda "yaşıl işıq"

Niderland hökuməti açıqladığı qərarlarla ölkədə tətbiq edilən sərt karantin rejimində yumşalmaya gedib.

Apasport.az saytının məlumatına görə, nəticədə futzal üzrə Avropa çempionatının oyunlarını izləmək üçün azarkeşlər üçün “yaşıl işıq” yandırılıb. 

Hökumət matçları müəyyən sayda tamaşaçının izləməsinə imkan yaradıb. Bunu nəzərə alan UEFA bu gündən bilet satışını bərpa edəcək. Üstünlük, əvvəlcədən bilet alanlara veriləcək. Əgər boş yer qalarsa, yanvarın 27-dən həmin yerlər üçün də bilet satışı həyata keçiriləcək. Azarkeşlərin zallara buraxılmasına isə yanvarın 29-da icazə veriləcək.

Qeyd edək ki, həmin gün millimiz Amstredamdakı “Ziggo Dome”də Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.