21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının mübarizə apardığı 2-ci qrupda bir oyun baş tutub.
Qrupun əsas favoritləri İsveçrə və Fransa görüşüb. Liderlərin duelində hesabı fransalılar açıblar.
Lakin üç qol vuran İsveçrə əzmkar qələbə qazanıb. Bu onların ardıcıl 4-cü qələbəsi olub.
U-21-lər arasında AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
19 noyabr
İsveçrə - Fransa – 3:1
Gilyemenot, 44, Zeqiri, 45, 53 - Eduard, 19 (pen.)
|
1 |
İsveçrə |
4 |
4 |
0 |
0 |
11-2 |
12 |
|
2 |
Fransa |
4 |
3 |
0 |
1 |
14-8 |
9 |
|
3 |
Gürcüstan |
5 |
2 |
0 |
3 |
12-8 |
6 |
|
4 |
Slovakiya |
4 |
2 |
0 |
2 |
11-11 |
6 |
|
5 |
Azerbaycan |
6 |
2 |
0 |
4 |
3-11 |
6 |
|
6 |
Lixtenşteyn |
5 |
1 |
0 |
4 |
3-14 |
3 |