Yığmamızın sabiq futbolçusunun bacısı intihar etdi
08.12.2019 - 22:42
Bakıda intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
1992-ci il təvəllüdlü Qırtımova Sevinc İlham qızı kirayə yaşadığı binadan özünü atıb. Avtomobilin üzərinə düşən qız hadisə yerində keçinib.
İntiharın motivi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, intihar edən S.Qırtımova Zaqatala rayon Aşağı Tala kənd 3 saylı orta məktəbin direktoru İlham Qırtımovun qızı, hazırda “Keşlə”də oynayan millimizin sabiq futbolçusu İlkin Qırtımovun bacısıdır.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0