Yığmanın sabiq yarımmüdafiəçisi “Keşlə”nin düşərgəsində
29.01.2020 - 14:19
"Keşlə" heyətini daha bir futbolçu ilə gücləndirə bilər.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Azərbaycan millisinin sabiq üzvü Murad Ağayevin transferində maraqlıdır.
Düzdür, 26 yaşlı yarımmüdafiəçi "Keşlə"nin Bakıdakı təlim-toplanışına qatılsa da, Türkiyəyə yollana bilməyib. Lakin Tərlan Əhmədovun komandası paytaxta döndükdən sonra yenidən düşərgəyə qoşulub. Onunla müqavilənin rəsmiləşəcəyi istisna edilimir.
Qeyd edək ki, AZAL, "Sumqayıt" və "Neftçi"də oynamış Ağayev son olaraq "Səbail"də çıxış edib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0