“Zirə”nin yeni transferi Yovan Krnetanın klubun rəsmi saytına müsahibə verib.
Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayan serbiyalı müdafiəçi komandaya qayıdışından və hədəflərindən danışıb.
- Siz yenidən “Zirə”nin formasını geyinəcəksiz. Qayıdışınızla bağlı nə deyə biləriz?
- Təbii ki, 3 il “Zirə”nin şərəfini qorumuşam. “Zirə”nin ilk Premyer Liqa və avrokubok oyunlarında heyətdə olmuşam. “Zirə”nin ilkləri mənim üçün də ilklərlə yadda qalıb. 3 ili yüksək dəyərləndirirəm. Fikrimcə, azarkeşlər də bu müddəti yüksək dəyərləndirir. Mənə elə gəlir ki, onlara legioner futbolçular həmişə maraqlı olur. Çünki yerli futbolçuları kifayət qədər yaxşı tanıyırlar, amma bir legioner futbolçunun Azərbaycanda 3 il çıxış etməyi onlarda da maraq doğurur. İnanıram ki, yenidən komandaya kömək edə biləcəm. Çox istərdim ki, azarkeşlər oyunlarımıza gəlib bizi dəstəkləsinlər. Bizim onların dəstəyinə ehtiyacımız var. Onların varlığı bizə güc verir və bizi daha mübariz komandaya çevirir.
- İlk olaraq, qış toplanışı ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Demək olar ki, toplanışın ilk günlərindən komanda ilə birlikdəyəm. Hazırlığın ən yaxşı tərəflərindən biri o oldu ki, son iki yoxlama oyununda qələbə qazandıq. Hazırda çempionatın başlamasını səbirsizliklə gözləyirik.
- Siz əvvəl də “Zirə”də çıxış edəndə hazırkı baş məşqçimiz Zaur Həşimov da komandada idi. Onunla işləmək sizə nə dərəcədə rahatdır?
- Zaur müəllimin futbolçulardan nə istədiyini bilirəm. Qeyd etdiyiniz kimi daha əvvəl də bir yerdə çalışmışıq. Buna görə də onunla işləmək daha asandır. Buna baxmayaraq, üzərimdə bir az daha artıq məsuliyyət hiss edirəm. O, məni tanıdığına görə gözləntiləri də fərqlidir. Bu etimadı bacardığım qədər doğrultmağa çalışacam.
- Sizin ilk dəfə “Zirə”də birlikdə oynadığınız futbolçuların əksəriyyəti artıq komandada yoxdur. Yeni kollektivə uyğunlaşma necə gedir?
- Əvvəlki heyətdən Tellur Mütəllimov və İlkin Muradov qalıb. Amma istənilən halda uyğunlaşma asan olmur. Komandada olan həm yerli, həm də legioner futbolçuların hamısı mənim üçün yeni simalardı. Düşünürəm ki, əgər məşqlərdə, oyunlarda özümüzü yaxşı göstərə bilsək, uyğunlaşma prosesi heç də çətin olmayacaq.
- Qarşıda klubu iki dövrə gözləyir. Vaxtilə “Zirə”nin heyətində avrokuboklarda çıxış etmiş futbolçu kimi komandanı yenidən qitə səhnəsində görə biləcəyikmi?
- Növbəti oyunlara yaxşı köklənmək lazımdır. Nəzərə alaq ki, qarşıda 3-4 ay vaxtımız qalıb. Bilirəm ki, avroliqaya gedən yollar həm çempionatdan, həm də kubokdan keçir. Amma təbii ki, çempionata önəm verməklə yanaşı, kubok oyunlarında da özümüzü ən yaxşı tərəfdən göstərməliyik.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək