Yunan futbolçu “Neftçi”dən pul “qoparmaq” istədi: “Bakı klubu imtina etdi”
26.04.2022 - 16:43
Yunan futbolçu “Neftçi”dən pul “qoparmaq” istədi: “Bakı klubu imtina etdi”

Yunanıstanın “Anagennisi Karditsa” klubunda çıxış edən Vasilios Kotsianikolisin karyerasını Azərbaycanda davam etdirmək imkanı olub.

Apasport.az saytının məlumatına görə, bunu 34 yaşlı hücumameylli yarımmüdafiəçi özü açıqlayıb.

Yunanıstanın U-19 və U-21 yığmalarında çıxış etmiş “Olimpiakos”un sabiq üzvü yerli mətbuata müsahibəsində “Neftçi”dən təklif aldığını etiraf edib. Ancaq o, Azərbaycan təmsilçisi ilə maliyyə məsələsində anlaşmadığını bildirib. Maraqlıdır ki, Kotsianikolis “ağ-qaralar”dan yüksək məbləğdə pul “qoparmağa” çalışdığını gizlətməyib: “Neftçi”dən təklifim var idi. Ora keçməklə daha çox pul qazanmaq istədim. Ancaq Bakı klubu bundan imtina etdi və transfer baş tutmadı”.

Qeyd edək ki, Vasilios Kotsianikolis karyerası ərzində yalnız Yunanıstan klublarının formasını geyinib.