Yurgen Klinsmann “Herta”da
27.11.2019 - 14:49
Almaniyanın “Herta” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Berlin təmsilçisini Almaniya millisinin sabiq futbolçusu və baş məşqçisi Yurgen Klinsmann çalışdıracaq.
55 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. O, bu postda Ante Çoviçi əvəzləyib.
Bu dəyişikliyə “Herta”nın Bundesliqadakı uğursuz çıxışı səbəb olub. 12 turdan sonra komanda 15-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Y.Klinsmann 2016-cı ilin noyabrından işsiz idi. O, əvvəllər “Bavariya”, Almaniya və ABŞ yığmalarını çalışdırıb.
0
0