Zaur Həşimov “Qəbələ”nin futbolçusunu yanına aparır
20.12.2019 - 13:23
Zaur Həşimov “Qəbələ”nin futbolçusunu yanına aparır

“Qəbələ”nin gürcü futbolçusu Merab Qiqaurinin “Keşlə”yə keçidinin baş tutma ehtimalı azalıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin qəsəbə təmsilçisinə transferinin alınmayacağı daha inandırıcıdır.

Onun qışda “Keşlə”yə keçiləcəyi barədə xəbərlər yayılsa da, M.Qiqauri daha əlverişli “Zirə” variantı ilə “Qəbələ”də qalmaq arasında seçim edir.

Gürcü futbolçunun məhz zirəlilərə qoşulacağı daha realdır. M.Qiqauri mövsümün gedişində “Qəbələ”də çalışmış Zaur Həşimovun da yaxşı tanıdığı oyunçudur.

Danışıqlar müsbət yekunlaşarsa, onun “Zirə”də peyda alacağı gözlənilir. Əgər bu keçid baş verməsə, yarımmüdafiəçi müqavilə ilə yaya qədər bağlı olduğu “Qəbələ”də qalacaq.