Zədəsini sağaltdı - "Borussiya"nın qolçusu
04.06.2020 - 22:13
Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haland zədəsini sağaldıb.
Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, Norveç millisinin üzvü bu gün kollektivə qoşulub və komanda ilə birlikdə tam məşqdə iştirak edib. Gənc oyunçunun həftəsonu Bundesliqanın XXX turunda "Herta" ilə matçda meydana çıxması gözlənilir.
Qeyd edək ki, Haland Bundesliqanın XXVIII turunda "Bavariya" (0:1) ilə qarşılaşmada zədələnərək əvəzlənib.
0
0