Zeedorf müsəlman oldu
05.03.2022 - 17:53
Zeedorf müsəlman oldu

Klarens Zeedorf islamı qəbul edib.

Apasport.az saytının məlumatına görə, bunu 45 yaşlı futbol veteranının özü açıqlayıb.

“Milan” və “Real” kimi klublarda oynamış niderlandlı instaqramda paylaşım edib. O bildirib ki, adını da dəyişməyəcək: “Müsəlman ailəsinə qoşulmağım münasibətilə aldığım bütün mesajlara görə təşəkkür edirəm. Mən bütün dünyadakı qardaş və bacılarıma, xüsusilə də islamın mənasını daha dərindən başa salan sevimli Sofiyama qoşulduğum üçün çox şadam. Mən adımı dəyişməmişəm və bundan sonrada valideynlərimin verdiyi adı – Klarens Zeedorf adını daşıyacam. Dünyadakı hər kəsə öz sevgilərimi göndərirəm”.

Qeyd edək ki, Sofiya Klarensin həyat yoldaşıdır.

0