Zidan karantini pozdu - cərimələnəcək
24.05.2020 - 22:20
"Real"ın baş məşqçisi Zinəddin Zidan karantin şərtlərini pozub.
Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis Madridi tərk edib.
47 yaşlı çalışdırıcı paytaxtdan kənarda bir kənddə görüntülənib. O, bir il əvvəl aldığı evə gedib. Halbuki İspaniya hökuməti sakinlərə şəhəri tərk etmək qadağası qoyub. Zizu bu addımına görə 1500 avro məbləğində cərimələnə bilər.
Qeyd edək ki, bir müddət əvvəl "Real"ın hücumçusu Luka Yoviç karantin qaydalarını pozaraq Belqrada yollanmışdı.
0
0