Zidana cəlbedici təklif
03.02.2022 - 16:00
Zinəddin Zidanı baş məşqçi postuna gətirmək istəyən PSJ fransalı mütəxəssisə cəlbedici təklif edib.
Apasport.az saytının məlumatına görə, parislilər Zidana “Real”da aldığından yüksək maaş verməyə hazırdır.
Klub rəhbərliyi 50 yaşlı mütəxəssisin komandanı uğura daşıya biləcəyini düşünür. İspaniyada çalışdığı vaxt ildə 12 milyon avro qazanan Zidana bundan artığını ödəməyə razı olan PSJ indiki çalışdırıcısı ilə vidalaşmağa hazırlaşır.
Maurisio Poçettonodan narazı qalan Liqa1 təmsilçisi ona ildə 8 milyon avro ödəyir. Argentinalının özü də “Mançester Yunayted”in maraq dairəsindədir.
0
0