Zidanı əvəz edəcək – “Real”da
27.05.2021 - 09:08
Zidanı əvəz edəcək – “Real”da

“Real” tezliklə baş məşqçi dəyişikliyinə əl atacaq.

Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, buna səbəb hazırkı çalışdırıcı Zinəddin Zidanın postundan istefa verməyə hazırlaşmasıdır.

Fransalı mütəxəssis fikrini rəhbərliyə çatdırdığından, “kral klubu” yeni baş məşqçi axtarışına başlayıb. İspaniya təmsilçisinin əsas hədəfi Massimiliano Alleqridir. İtaliyalı məşqçi ilə danışıqlara start verilib. Onun tezliklə Zidanı əvəz etməsi gözlənilir.

Qeyd edək ki, Massimiliano Alleqri son olaraq 2014-2019-cu illərdə “Yuventus”a rəhbərlik edib.