Zirədə qolsuz heç-heçə
16.11.2019 - 16:51
Zirədə qolsuz heç-heçə

Azərbaycan Premyer Liqasında çıxış edən “Zirə” və “Sumqayıt” klubları yoxlama oyunu keçiriblər.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövrünə təsadüf edən matç Zirə İdman Kompleksində baş tutub.

Qarşılaşmada qol qeydə alınmayıb. Komandalar meydanı 0:0 hesablı heç-heçə ilə tərk ediblər.

Qeyd edək ki, Premyer Liqanın 11 turundan sonra “Sumqayıt” 4-cü, “Zirə” 6-cı pillədədir.