İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviçin İtaliyanın “Milan” klubuna keçidi rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, bu gün təcrübəli hücumçu ilə A seriyası təmsilçisi arasında müqavilə imzalanıb.
Anlaşma 1+1 il müddətinə nəzərdə tutulub. 38 yaşlı skandinaviyalı Milanın eyniadlı təmsilçisində cari mövsümdə 3 milyon avro qazanacaq. Növbəti mövsüm isə onun qazancı bonuslarla birlikdə 4,5-6 milyon aralığında olacaq.
Qeyd edək ki, Z.İbrahimoviç 2010-12-ci illərdə də “Milan”ın şərəfini qoruyub. Onun son klubu isə ABŞ-ın “Los-Anceles Qalaksi” komandası olub. O, MLS-in 2019-cu il mövsümündə 31 oyunda 31 qol vurub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı