Akanji və Sinqo addım-addım "Qalatasaray"a - RAZILIQ ƏLDƏ OLUNUB
26.08.2025 - 15:42

"Qalatasaray" müdafiə xəttini iki yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" Vilfred Sinqo üçün "Monako", Manuel Akanji üçün isə "Mançester Siti" ilə razılıq əldə edib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul təmsilçisi hər iki futbolçunun klubu ilə bütün şərtlərdə anlaşma əldə edib və oyunçulara son təklifini göndərib.
Yaxın günlərdə onların cavab verməsi gözlənilir.
Qeyd edək ki, "Qalatasaray" Sinqonu bir illik icarə əsasında, Akanjini isə birdəfəlik heyətinə qatmağı planlaşdırır.
0
0