[b]Alleqri İquainin taleyindən danışdı[/b]
31.07.2018 - 10:55
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri forvard Qonsalo İquainin komandadakı gələcəyi ilə bağlı danışıb. Apasport.az saytının “Football Italia”ya istinadən məlumatına görə, təcrübəli çalışdırıcı yekun qərarın ABŞ turnesindən sonra veriləcəyini deyib.
“Transfer məsələləri ilə həmişə klub məşğul olur. Hər gün bu barədə xəbərlər çıxır. ABŞ turnesində hələlik əlimdə bir nəfər də olsun əsas hücumçu yoxdu. İtaliyaya qayıtdıqdan sonra bu barədə qərar verəcəyik” – deyə, o bildirib.
Qeyd edək ki, İquainin adı “Milan” və “Çelsi” ilə birgə hallanır.
0
0