[b]Alleqri “Real”dan imtina etdi[/b]
04.06.2018 - 17:11
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri “Real”ı çalışdırmaqdan imtina edib. Apasport.az saytının “Tuttosport”a istinadən məlumatına görə, Madrid klubu italiyalı məşqçini Zinəddin Zidanın əvəzedicisi qismində düşünsə də, o, təklifi qəbul etməyib.
50 yaşlı mütəxəssis daha bir mövsüm “Yuventus”da qalacağına dair rəhbərliyə söz verib.
Növbəti yay Alleqrinin “Real”a, Zidanın isə “Yuventus”a keçmək ehtimalları yüksək qiymətləndirilir.
0
0