[b]Alleqri Ronaldo haqqında: ...“Yuventus”a sərf etmir[/b]
29.07.2018 - 17:33
[b]Alleqri Ronaldo haqqında: ...“Yuventus”a sərf etmir[/b]

Kristiano Ronaldonun “Yuventus”a transferi baş məşqçi Massimiliano Alleqrini ehtiyatlandırıb. Apasport.az saytının “goal.com”a istinadən məlumatına görə, iatliyalı çalışdırıcı onları çətin mövsüm gözlədiyini deyib.

 

“Ronaldo çox təcrübəli və güclü oyunçudu. Bizə köməyi dəyəcək. Amam çox ehtiyatlı olmalıyıq. Onun ətrafında çox eyforiya var və bu, “Yuventus”a sərf etmir. Bu mövsüm əvvəlkilərdən daha çətin olacaq. Çünki bütün digər komandalar bizə qarşı əlavə əzm və motivasiya ilə çıxış edəcəklər. Belə bir oyunçuya sahib komandaya qalib gəlmək hər kəsin arzusudur. Bu səbəbdən biz də mümkün qədər diqqətli və motivasiyalı çıxış etməliyik. Ronaldonun bizə qoşulmasına çox şadam. Bizim hələ qarşıda futboldan danışmaq üçün çox vaxtımız var” – deyə Alleqri bildirib.

 

Qeyd edək ki, Ronaldo sabah “Yuventus”la ilk məşqinə çıxacaq.