Alman futbolçu İngiltərəyə getmədi
27.08.2023 - 14:39
Alman futbolçu İngiltərəyə getmədi

Yulian Draksler “Kristal Pelas”a keçməkdən imtina edib.

Apasport.az saytı xəbər verir ki, almaniyalı futbolçu PSJ-də qalmaq niyyətindədir.

Əvvəlki açıqlamalarında Draksler karyerasını İngiltərədə davam etdirməyin əleyhinə olmadığını bildirmişdi. Amma almaniyalı yarımmüdafiəçi təklif olunan variantla razılaşmayıb. Paris klubu ilə mövsümün sonunadək müqaviləsi olan Yulian əsas heyətə düşmək uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Draksler ötən mövsümü icarə əsasında Benfika”da keçirib. 29 yaşlı futbolçu 18 oyunda iki qolla yadda qalıb.
 

0