“Ştutqart” və Fransa millisinin müdafiəçisi Benjamen Pavar dünya çempionatındakı oyunu ilə digər klubların diqqətini çəkib. Apasport.az saytının “L’Equipe” nəşrinə istinadən məlumatına görə, “Bavariya”, “Borussiya” (Dortmund) və “Leypsiq” onun transferində maraqlıdı.
Lakin “Ştutqart” gənc oyunçu ilə yollarını ayırmaq niyyətində deyil. Klubun idman direktoru Mixael Reşke açıqlamasında deyib: “Hətta 50 milyon avro təklif etsələr belə, bu yay Pavarı əldən vermək fikrimiz yoxdu. Biz onun daha bir il bizimlə qalması üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq”.
Qeyd edək ki, Benjamen Pavar Fransa millisinin heyətində DÇ-2018-də sağ cinah müdafiəçisi kimi meydana çıxır. O, Argentina ilə oynanılan 1/8 matçında rəqib qapısına yol tapmışdı.