Almaniya millisində İSTEFA
06.12.2022 - 10:15
Almaniya millisində İSTEFA

DÇ-2022-də uğursuzluğa düçar olan Almaniya millisində istefa gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, uzun illər yığmada çalışan Oliver Birhoff komandadan ayrılıb.

Futbol mütəxəssisi Bundestimin meneceri vəzifəsini tərk edib. Onunla müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. Birhoffun anlaşması 2024-cü ilin yayına qədər idi.

Qeyd edək ki, Birhoff 2004-cü ildən Almaniya Futbol İttifaqında çalışır.
 

0