Ançelotti "Roma"nın futbolçusunu "Real"da görmək istəyir
07.01.2023 - 22:52
Ançelotti "Roma"nın futbolçusunu "Real"da görmək istəyir

İtaliya millisinin və "Roma"nın yarımmüdafiəçisi Nikolo Dzanyolo karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçunu "Real"ın italyan baş məşqçisi Karlo Ançelotti komandasında görmək istəyir. Dzanyolonun "Roma" ilə müqaviləsi  iyunda başa çatır.

O da qeyd olunur ki, Madrid klubunun prezidenti Florentino Peresin Nikolo Dzanyolonu transfer etməyin məqsədəuyğunluğu ilə bağlı bəzi şübhələri var.

0