Ange Postekoğlu Puşkaşa sürücülük edib
19.10.2023 - 23:13
Ange Postekoğlu Puşkaşa sürücülük edib

“Tottenhem”in baş məşqçisi Ange Postekoğlu əfsanəvi Ferents Puşkaşın sürücüsü olub.

Apasport.az saytı xəbər verir ki, o, bu barədə xatirələrini bölüşüb. 

Puşkaşla Postekoğlunun yolu Avstraliyada kəsişib. Bu, 80-cıillərini sonuna təsadüf edib. Həmin günləri təcrübəli mütəxəssis belə xatırlayır: “Futbol məni inanılmaz insanla qarşılaşdırdı. Kapitan idim, nəticədə Puşkaşın tərcüməçisi və sürücüsü oldum. Onun həyata fərqli baxışı var idi. O, həmişə komandanın çox qol vurmasının istəyirdi. Biz 5:4 hesab ilə qələbə qazananda Puşkaş daha xoşbəxt idi, nəinki 1:0 hesabı ilə qələbə qazananda”.

Qeyd  edək ki, Postekoğlu “Saut Melburn”da çıxış edərkən Puşkaş 1989-cu ildə komandanın baş məşqçisi təyin olunub. 1992-ci ildə ilədək komandaya başçılıq edən macar bir dəfə çempionluğa sevinib.

0