[b]Anri Misir millisini çalışdıra bilər[/b]
01.08.2018 - 11:09
Sabiq futbolçu Tyerri Anri Misir yığmasına baş məşqçi təyin oluna bilər. Apasport.az saytının “talkSPORT”a istinadən məlumatına görə, 40 yaşlı mütəxəssis Misir Futbol Federasiyası ilə müqavilənin şərtlərini razılaşdırıb.
Federasiyanın yığmanın planları ilə bağlı təqdimatından sonra Anrinin yekun qərarını açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Tyerri Anri DÇ-2018-də Belçika millisinin baş məşqçisi Roberto Martinesin köməkçisi kimi çalışırdı.
0
0