[b]“Antifutbol qalib gəldi” – Del Boske[/b]
05.07.2018 - 16:35
[b]“Antifutbol qalib gəldi” – Del Boske[/b]

İspaniya yığmasının sabiq baş məşqçisi Visente Del Boske komandanın dünya çempionatındakı çıxışını dəyərləndirib. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, təcrübəli mütəxəssis tənqidlərin ağır olduğunu deyib.

 

“Əlbəttə, İspaniya millisinin dünya çempionatındakı çıxışını uğurlu adlandırmaq olmaz, ancaq eyni zamanda, onlar bizim fikirləşdiyimiz qədər pis də deyildilər. Pozitiv məqamlar var idi. Belə qəddar olmamalıyıq. Deyirlər ki, özlərini axmaq yerinə qoydular. Təbii ki, nəticə üzücüdü, bu, həqiqətdi, ancaq deyilən sözlər də çox ağırdı” – deyə, o bildirib.

 

Del Boske Rusiya ilə oyunda antifutbolun üstün gəldiyini sözlərinə əlavə edib: “Səhvlərə yol vermişdik, bu, aşkardı. Ancaq Portuqaliya ilə birinci, Rusiya ilə isə oynadığımız sonuncu matç boyu üstün olan tərəf biz idik. Qol vura bilmədik, çünki güclü müdafiəni yarmaq üçün imkan olmadı. Nəticədə, antifutbol qalib gəldi”