[b]Argentina millisinin baş məşqçisi ilə bağlı qərar verildi[/b]
10.07.2018 - 09:20
Argentina Futbol Assosiasiya milli komandanın baş məşqçisi ilə bağlı qərar verib. Apasport.az saytının məlumatına görə, DÇ-2018-dəki uğursuzluqdan sonra istefası gündəmə gələn Xorxe Sampaolinin postunda qalması məqsədəuyğun sayılıb.
Bu qərar federasiya prezidenti Klaudio Tapia ilə məşqçi arasında danışıqlardan sonra verilib. 5 illik müqaviləsi olan Sampaoli ilə anlaşmaya 2019-cu ildə keçiriləcək Amerika kubokundan sonra xitam verilə bilər.
Qeyd edək ki, federasiya Sampaolini istefasına qərar versəydi ona 8 milyon dollar kompensasiya verməli idi.
0
0