Dieqo Maradona yenidən Argentina millisində məşqçi kimi çalışmaq fikrinə düşüb. Apasport.az saytının “Reuters”ə istinadən məlumatına görə, dünya futbolunun əfsanəsi bunun qarşılığında heç nə tələb etmir.
“Yığmada pulsuz işləməyə hazıram. Heç bir şey istəmirəm” – deyə, o bildirib.
Qeyd edək ki, Maradona 2008-2010-cu illər aralığında Argentina yığmasını çalışdırıb. Onun rəhbərliyi altında komanda DÇ-2010-un 1/4 finalında Almaniyaya uduzaraq, mübarizəni dayandırmışdı.
Hazırda Argentina Futbol Federasiyası sabiq çalışdırıcılar - Edqardo Bausa və Xerardo Martinoya təzminat ödəyir. Həmçinin federasiya hazırkı baş məşqçi Xorxe Sampaolini də istefaya göndərəcəyi təqdirdə, 20 milyon avro ödəməli olacaq.