[b]Argentinalı hücumçu “İnter”ə keçdi[/b]
04.07.2018 - 16:34
İtaliyanın “İnter” klubu növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi hücum xəttini Lautaro Martineslə gücləndirib.
20 yaşlı argentinalı hücumçu ilı 5 illik müqavilə imzalanıb. Argentinanın “Rasinq” klubundan transfer olunan Martinesin qiyməti rəsmən açıqlanmasa da, İtaliya KİV-i onun “İnter”ə 25 milyon avroya başa gəldiyini iddia edir.
Qeyd edək ki, Çempionlar Liqasında oynayacaq “İnter” bir neçə gün öncə hollandiyalı Stefan de Vreyi heyətində qatmışdı.
0
0