“Arsenal” azarkeşləri “Bavariya”lı izləyicini döyüb
11.04.2024 - 11:54
“Arsenal” azarkeşləri “Bavariya”lı izləyicini döyüb

“Arsenal”lı izləyicilər UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu zamanı “Bavariya” azarkeşini döyüblər.

Apasport.az "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, ingilislər alman qonağa bir neçə zərbə endiriblər. Onun vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.

Xatırladaq ki,  İngiltərənin paytaxtında keçirilən görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 17-də Münhendə baş tutacaq. Başlanğıc fiti Bakı vaxtilə saat 23:00-da səslənəcək. Bu görüşün qalibi Çempionlar Liqasının yarımfinalında "Real Madrid"-"Mançester Siti" cütünün qalibi ilə oynayacaq.

0