[b]“Arsenal” Emerinin sabiq komandasını darmadağın etdi[/b]
28.07.2018 - 17:36
[b]“Arsenal” Emerinin sabiq komandasını darmadağın etdi[/b]

Beynəlxalq Çempionlar Kuboku turniri davam edir. Apasport.az saytının məlumatına görə, bir qədər əvvəl başa çatan görüşdə “Arsenal”la PSJ üz-üzə gəlib.

 

Sinqapurda keçirilən qarşılaşmada “topçular”ın yeni baş məşqçisi Unay Emeri yayda ayrıldığı sabiq komandası ilə qarşılaşırdı. Hər iki komanda turnirin ilk oyununda məğlubiyyətə düçar olmuşdu. Budəfəki matçda isə ingilislər üstün tərəf olublar. 6 qolun vurulduğu oyunda “Arsenal” rəqibini darmadağın edib – 5:1.

 

Beynəlxalq Çempionlar Kuboku

28 iyul

 

“Arsenal” (İngiltərə) – PSJ (Fransa) – 5:1

Qollar: Özil, 13; Lakazett, 67, 71; Holdinq, 88; Nketia, 90+4 - Nkunku, 60 (pen.)