"Arsenal" Faye ilə maraqlanır
05.04.2024 - 17:32
"Arsenal" Faye ilə maraqlanır

"Arsenal" yay “transfer pəncərəsi” zamanı heyətini gücləndirmək istəyir.

Apasport.az “Calciomercato”ya istinadən xəbər veir ki, London klubu “Barselona”nın və Seneqal millisinin istedadlı müdafiəçisi Mikail Faye ilə maraqlanır. 

Əvvəllər mətbuatda  Fayenin "Mançester Yunayted", "Bayer" və "İnter"in maraq dairəsində olduğu haqda xəbərlər yayılmışdı. “Transfermarkt” portalı 19 yaşlı futbolçunun dəyərini 5 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Faye mart ayında Seneqal millisində debüt edib, "Barselona"da isə hələ əsas komandada oynamayıb.

0