“Arsenal” hücumçu axtarışında
19.04.2024 - 14:39
“Arsenal” hücumçu axtarışında

İngiltərə Premyer Liqa təmsilçisi olan "Arsenal" transfer siyahısına daha bir neçə hücumçu əlavə edib. 

Apasport.az “The Guardian”a istinadən xəbər verir ki, Aleksandr İsak (“Nyukasl”), Duşan Vlahoviç (“Yuventus”) və Maykl Oliz (“Kristal Pelas”) London klubunun radarındadır.

Xatırladaq ki, daha əvvəl mətbuatda “Arsenal”ın "Napoli"dən Viktor Osimhen və "Sportinq"da çıxış edən Viktor Gyokeresə də maraqlandığı ilə bağlı xəbərlər yayılmışdı.

Qeyd edək ki, İngiltərə çempionatının 32 turundan sonra "Arsenal" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Növbəti matçda Mikel Artetanın yetirmələri "Vulverhempton"la qarşılaşacaqlar.

0