"Arsenal" La Liqadakı ən yaxşı yarımmüdafiəçini ala bilər
03.04.2024 - 17:58
"Arsenal" La Liqadakı ən yaxşı yarımmüdafiəçini ala bilər

London "Arsenal"ı İspaniya La Liqasının ən yaxşı yarımmüdafiəçisi Martin Subimendinin transferini tamamlaya bilər. 

Apasport.az “Football İnsider”ə istinadən xəbər verir ki, “Real Sosyedad”da oynayan futbolçu ilə “Barselona” və “Bavariya” da maraqlanır. “Arsenal” Subimendi almaq üçün favorit görünür.

“Transfermarkt” Martinin dəyərini 50 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, daha əvvəl 25 yaşlı Subimendinin müqaviləsində 60 milyon avroluq sərbəst qalma bəndinin olduğu bildirilirdi.

0