"Arsenal" - "Liverpul" matçında sülh, "Yunayted" məğlub olub
27.10.2024 - 23:12
"Arsenal" - "Liverpul" matçında sülh, "Yunayted" məğlub olub

Futbol üzrə İngiltərə Premyer Liqasında IX həftənin oyunları keçirilir.

Apasport.az xəbər verir ki, turun mərkəzi matçında "Arsenal" doğma meydanda "Liverpul"u qəbul edib.

Oyun 2:2 hesabı ilə başa çatıb.

“Arsenal” 9-cu dəqiqədə Bukayo Saka ilə hesabda önə keçib. "Liverpul" Sakanın qoluna 18-ci dəqiqədə Vircil van Deyklə cavab verib. "Arsenal" 43-cü dəqiqədə Mikel Merino ilə yenidən önə keçsə də, mersisaydlıların misirli futbolçusu Məhəmməd Salah ikinci hissədə hesabı bərabərləşdirib. 

Günün digər qarşılaşmalarında "Mançester Yuanyted" səfərdə "Vest Hem"ə məğlub olub (1:2), "Çelsi" isə eyni hesabla doğma meydanda "Nyukasl"ı üstələyib (2:1). 

Digər London təmsilçisi "Tottenhem" isə "Kristal Pelas" səfərindən əliboş qayıdıb (0:1).

0