"Arsenal" Salibanı La Liqa nəhənginə sata bilər
29.04.2025 - 15:49
Londonun "Arsenal" klubunun müdafiəçisi Vilyam Saliba yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Apasport.az "Marca"ya istinadla xəbər verir ki, 24 yaşlı futbolçunun xidmətində "Real Madrid" maraqlıdır.
Madrid klubunun prezidenti Florentino Peres heyəti gücləndirmək üçün müdafiəçinin transferini prioritet hədəf kimi müəyyənləşdirib.
Bu mövsüm fransız futbolçu London klubunun heyətində bütün turnirlərdə 46 oyun keçirib və 2 qol vurub. Onun "Arsenal"la müqaviləsi 2027-ci ilə qədərdir və transfer dəyəri 80 milyon avro olaraq qiymətləndirilir.
- “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı
- Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
- “Komo”dan sonra “Əl-Əhli” – Davinson Sançez üçün yeni "elçi"
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
0
0