“Arsenal”a gözlənilməz rəqib
15.06.2023 - 15:36
“Vest Hem”in futbolçusu Deklan Raysı heyətinə qatmağı planlaşdıran “Arsenal” gözlənilməz rəqiblə üzləşib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçiyə “Mançester Siti” də elçi düşüb.
Pep Qvardiola 24 yaşlı futbolçunu komandasında görmək istəyir. Bu üzdən “Arsenal” Raysın keçidini mümkün qədər tez reallaşdırmaq niyyətindədir. “Topçular” artıq ilk rəsmi təklifini göndərib. Lakin “Vest Hem” hələ bunu cavablandırmayıb.
Qeyd edək ki, Raysın müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0