"Arsenal"da ayrılıq ola bilər
17.04.2024 - 23:32
"Arsenal"da ayrılıq ola bilər

Hücumçu Edvard Nketiah bu yay "Arsenal"ı tərk edə bilər.

Apasport.az xəbər verir ki, "topçular" futbolçusunu 40 milyon funt-sterlinqə satmağa hazırdır.

Bu mövsüm 24 yaşlı forvard London klubunun heyətində 36 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Klub hazırda İngiltərə Premyer Liqasında 32 turdan sonra 71 xalla 2-ci pillədə qərarlaşıb.

 

0