"Arsenal"ın müdafiəçisi "Vulverhempton"la matçı buraxacaq
19.04.2024 - 17:17
"Arsenal"ın müdafiəçisi "Vulverhempton"la matçı buraxacaq

"Arsenal"ın heyətində cəmi 2 matçda iştirak edən hollandiyalı futbolçu Jurrien Timber dizindən ciddi zədə alıb.

Apasport.az xəbər verir ki, London komandasının sükançısı Mikel Arteta Timberin vəziyyətini şərh edib.

Təcrübəli çalışdırıcı onun qarşıdakı oyunları buraxacağını vurğulayıb: "Timber "Vulverhempton"a qarşı oynamayacaq, hələ tezdir. Hələlik o, U23 komandasında davam edəcək. O, məşqdə yaxşı görünürdü. Növbəti addımı atmalı və öz hərəkətlərinə inam qazandırmalıdır”.

Qeyd edək ki, İngiltərə çempionatının "Vulverhempton" - "Arsenal" matçı aprelin 20-də keçiriləcək.

 

0