Asensio “Aston Villa” ilə razılığa gəldi
31.05.2023 - 11:48
Asensio “Aston Villa” ilə razılığa gəldi

“Real”ın futbolçusu Marko Asensio “Aston Villa”ya keçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi İngiltərə klubu ilə müqaviləni razılaşdırıb.

İspaniyalı futbolçu yeni klubunda ildə 8 milyon avro qazanacaq. Yayda azad agent statusu alacaq Asensio Birminhem klubuna pulsuz keçəcək. 27 yaşlı oyunçunun keçidi transfer pəncərəsi açıldıqdan sonra rəsmiləşəcək.

Qeyd edək ki, Asensio mövsümün 50 matçında 12 qol vurub.
 

0