Asiya Kubokunda 1/4 finalçılar məlum oldu
01.02.2024 - 11:04
Asiya Kubokunda 1/4 finalçılar məlum oldu

Qətərin ev sahibliyində təşkil olunan Asiya Kubokunda həyəcan davam edir.

Apasport.az xəbər verir ki, artıq yarışın 1/4 final mərhələsinin cütləri bəllidir.

Dünən oynanılan 1/8 finalın iki oyunundan sonra Özbəkistan və Cənubi Koreya milliləri də bu “karvan”a qoşulublar.

Beləliklə, futbolsevərlər bu mərhələdə Tacikistan – İordaniya, Avstraliya - Cənubi Koreya, İran – Yaponiya və Qətər - Özbəkistan duellərini izləyəcəklər.

Xatırladaq ki, sözügedən mərhələnin matçları fevralın 2 və 3-də baş tutacaq.

0