[b]Assosiasiya prezidenti istefa verdi [/b]
31.07.2018 - 00:45
[b]Assosiasiya prezidenti istefa verdi

[/b]

Uruqvay Futbol Assosiasiyasının prezidenti Vilmar Valdes istefa verib. Apasport.az saytının məlumatına görə, 2014-cü ildən bu postu tutan funksioner seçkilərdən bir gün öncə qərarını açıqlayıb

 

Valdes bunu şəxsi xarakterli ailə motivləri ilə əsaslandırıb. Onun yeni seçkilərdə postunu qorumaqdan imtinası nəticəsində iki namizəd qalıb. Bunlar Arturo Kampo və Eduardo Abulafiyadı. Hərçənd Uruqvay klublarının əksəriyyətinin məhz Valdesi dəstəkləyəcəyi bilindiyi üçün seçkilərdə aşkar favorit bəlli idi.

 

Qeyd edək ki, Valdesin rəhbərliyi dövründə keçirilən DÇ-2018-də Uruqvay millisi 1/4 finala qədər irəliləyib.

0