[b]“Astana” Almeydanı təqdim etdi[/b]
04.07.2018 - 11:43
Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeydanın “Astana”ya keçidi rəsmiləşib. Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Mövsümün sonunda “Qarabağ”la yollarını ayıran 29 yaşlı futbolçu Qazaxıstan klubunda təqdim olunub. Lakin müqavilənin müddəti və detalları açıqlanmayıb.
Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən bəri “Qarabağ”ın uğurları üçün çalışıb. Braziliya əsilli futbolçu ötən ildən Azərbaycan millisinin formasını geyinir.
0
0