[b]“Astana”ya “yox” deyə bilməzdim” – Riçard Almeyda[/b]
04.07.2018 - 14:02
[b]“Astana”ya “yox” deyə bilməzdim” – Riçard Almeyda[/b]

“Digər klublardan çox sayda təklif almışdım. Lakin sonda mən, ailəm və menecerim Qazaxıstana köçmək qərarına gəldik. “Astana”da oynamağın mənim üçün daha faydalı olacağını düşünürük”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”dan “Astana”ya keçən Azərbaycan millisinin futbolçusu Riçard Almeyda deyib.

 

29 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında keçidi barədə danışıb. O, Qazaxıstan təmsilçisini seçmə səbəblərini də açıqlayıb: “Astana”dan iki həftə əvvəl təklif aldım. Bura mənə və ailəmə maraqlı gəldi və “yox” deyə bilməzdim. “Astana”ya keçməyimdə məqsəd Çempionlar Liqasında iştirak etmək və Qazaxıstan çempionu olmaqdı. Çempionlar Liqasının qrup mərhələsində artıq mübarizə aparmışam. “Astana” ilə yenidən Avropanın ən böyük klub turnirində oynamaq istəyirəm. Bilirəm ki, asan olmayacaq. Çünki Çempionlar Liqasının I təsnifat mərhələsindən yarışa başlayacağıq. Klubun bu hədəfə çatmasında kömək olmaq üçün maksimum gücümü ortaya qoyacam”.

 

Qeyd edək ki, Riçard Almeyda “Astana”ya keçməzdən əvvəl 6 il “Qarabağ”ın formasını geyinib.