“Aston Villa” yay transfer pəncərəsində heyətini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, İngiltərə klubu “Selta”nın yarımmüdafiəçisi İlaş Moribanı transfer etməyi nəzərdən keçirir.
Birmingem təmsilçisi 23 yaşlı futbolçunu təxminən 15 milyon funt sterlinq dəyərində qiymətləndirir. İspaniya klubu isə Moriba üçün 25 milyon funt sterlinq tələb edir.
“Selta”nın yayda futbolçu satışından gəlir əldə etməyə ehtiyacı olduğu bildirilir. Bu səbəbdən klubun tələblərini azaltmaq ehtimalı var.
“Aston Villa” isə 2026/2027 mövsümündə Çempionlar Liqasında iştirakını futbolçunu Premyer Liqaya keçməyə razı salmaq üçün əsas üstünlük kimi görür.
Qeyd edək ki, İlaş Moriba 2025/2026 mövsümündə 48 matçda meydana çıxıb. O, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.