“Atletiko” Feliksə qiymət qoydu
01.12.2022 - 16:44
“Atletiko” Feliksə qiymət qoydu

Portuqaliya millisinin və “Atletiko”nun futbolçusu Joao Feliks klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi hücumçunu satacağı qiyməti müəyyənləşdirib.

“Atletiko” portuqaliyalı üçün 100 milyon avro istəyir. Joaonun özü də 2019-cu ilin yayında keçdiyi klubdan ayrılmaq niyyətindədir. Lakin İspaniya klubu 127 milyona aldığı oyunçunu 100 milyondan aşağı qiymətə buraxmayacağını qətiləşdirib.

Qeyd edək ki, Feliksin xidmətində “Mançester Yunayted”, “Bavariya” və PSJ maraqlıdır. İngiltərə klubu ötən yay 130 milyon təklif etsə də, keçid baş tutmamışdı.
 

0