[b]“Atletiko” hücumçusunu “Valensiya”ya satdı[/b]
08.07.2018 - 14:06
[b]“Atletiko” hücumçusunu “Valensiya”ya satdı[/b]

“Atletiko”nun hücumçusu Kevin Qameyro karyerasını “Valensiya”da davam etdirəcək. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, Madrid təmsilçisi futbolçusunu “yarasalar”a satıb.

 

Bu keçid “Atletiko”ya 14 milyon avro qazandırıb. Müqaviləyə 6 milyon avroluq bonus bəndi də salınıb. Transfer yaxın günlərdə rəsmiləşəcək.

 

Qeyd edək ki, Kevin Qameyro “Atletiko”ya 2016-cı ildə “Sevilya”dan keçib.

0